Tarix

Demokratik Təşəbbüslər İnstitutu (IDI) Azərbaycanda demokratik dəyərlərin, insan hüquqlarının, ədalətli və şəffaf seçkilərin keçirilməsinin dəstəklənməsi üçün bir qrup ictimai fəal tərəfindən 2013-cü ildə yaradılmışdır. Hazırda IDI-nin rəsmi qeydiyyatı yoxdur. Dəfələrlə Ədliyyə Nazirliyinə müraciət olunmasına baxmayaraq, təşkilat qanunsuz olaraq qeydiyyata alınmamışdır. Beləliklə, məsələnin həll üçün məhkəməyə müraciət olunmuş, lakin yerli səviyyədə bütün məhkəmələr Ədliyyə Nazirliyinin imtina qərarını qüvvədə saxlamışdır. 6 aprel, 2016-cı ildə IDI öz hüquqlarının təminatına nail olmaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Hazırda kommunikasiya yekunlaşıb və IDI qərarın çıxmasını gözləyir.